Evdə doğulan körpələrin sayı açıqlandı

14 Avqust 2020

“Ev şəraitində doğulan uşaqların aşkar olunması sahəsində bir sıra işlər görülüb, maarifləndirmə işləri aparılıb”.

Heftelik.az-ın məlumatına görə, bunu Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova bildirib.

BUNA DA BAX: Təntənəli nikahların keçirilməsi təxirə salınb

Reyhanə Kərimova deyib ki, 2019-cu ildə 148, 2020-ci ilin altı ayı ərzində 83 körpə ev şəraitində doğulub.

“139 körpənin sənədləşmə işi həyata keçirilib, qalanlarının valideynlərinə isə doğum faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsində  hüquqi yardım göstərilib”, - deyə xidmət rəisi vurğulayıb.

Top