Yağış yağacaq - PROQOZ

15 Sentyabr 2020

SabahBakıda və Abşeron yarımadasında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, gecə yarımadanın bəzi yerlərində intensivləşəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Heftelik.az-a verilən məlumata görə, şimal-qərb küləyi əsəcək.  

BUNA DA BAX: Xüsusi qaydalar tətbiq edilməyən bölgələrin məktəblərində 6 günlük iş həftəsinə keçiləcək

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 19-21, gündüz  26-28 dərəcə isti olacaq. Atmosfer  təzyiqi 763 mm civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək. 

Abşeron çimərliklərində şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 22-23, Türkan, Hövsan, Sahil, Şıxda isə 23-24 dərəcə isti olacaq.

Sentyabrın 16-da Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Sentyabrın 16-da Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, şimal və qərb rayonlarında  leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu  gecə 17-22, gündüz 25-30, dağlarda gecə 9-14, gündüz  15-20 dərəcə  isti olacaq.   

 

Top