Korrupsiyaya görə məhkəmə sədrinə töhmət verildi - 4 hakimin də işinə baxılacaq

24 Sentyabr 2020

Məhkəmə-Hüquq Şurasının zəruri sosial davranış və sanitar-epidemioloji qaydalar gözlənilməklə keçirilən iclasında hakimlər barədə intizam icraatlarına baxılıb.

Heftelik.az-ın Məhkəmə-Hüquq Şurasına istinadən verdiyi məlumata görə, Şura tərəfindən məhkəmələrdə işlərin bölüşdürülməsinin monitorinqi zamanı aşkar edilmiş pozuntulara görə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin sədri Kəramət Əliyevə irad tutulub, korrupsiyaya şərait yaradan hallara və digər nöqsanlara yol verdiyinə görə Sabirabad Rayon Məhkəməsinin sədri Füzuli Pənahova töhmət verilib.

BUNA DA BAX: Qızını zəncirləyən ata məhkəməyə çıxarılır

Eyni zamanda, icraatda olan daha 4 hakim barədə intizam işlərinə Şuranın növbəti iclaslarında baxılacaq.

Top