Külək əsəcək - PROQNOZ

28 Sentyabr 2020

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir

Milli Hidrometeorologiya Xidmətindən Heftelik.az-a verilən məlumata görə, şimal-şərq küləyi əsəcək, gündüz  cənub-şərq küləyi ilə əvəz olunacaq.  

BUNA DA BAX: Azərbaycanda son sutkada daha 108 nəfər koronavirusa yoluxdu - Ölənlər var

Havanın temperaturu Abşeron yarımadasında gecə 17-19, gündüz  23-26, Bakıda gecə 17-19, gündüz 24-26 dərəcə isti olacaq. Atmosfer  təzyiqi norma daxilində  770 mm civə sütunundan 767 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-70, gündüz 40-50 faiz  təşkil edəcək.  

Sentyabrın 29-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir. 

Sabah Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir  yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu  gecə 14-19, gündüz 25-30, dağlarda gecə 7-11, gündüz  12-17 dərəcə  isti olacaq.   

 

Top