Külək əsəcək, yağış yağacaq - PROQNOZ

29 Sentyabr 2020

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Milli Hidrometeorologiya Xidmətindən Heftelik.az-a verilən məlumata görə, cənub-şərq küləyi əsəcək. 

BUNA DA BAX: “Ən böyük arzum Şuşa məscidindən azan verməkdir”

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 15-17, gündüz  22-25 dərəcə isti olacaq.

Atmosfer  təzyiqi 767 mm civə sütunundan 763 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz  olacaq.  

Sentyabrın 30-u, oktyabrın 1-də Abşeron yarımadasında komfort temperatur şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir. 

Sabah Azərbaycanın rayonlarında havanın əsasən, yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu  gecə 12-17, gündüz 23-28, dağlarda gecə 7-11, gündüz  13-16 dərəcə  isti olacaq.   

 

Top