Yağış, qar, külək - PROQNOZ

20 Noyabr 2020

Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gün ərzində  yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. 

Milli Hidrometeorologiya Xidmətindən Heftelik.az-a verilən məlumata görə, mülayim cənub-şərq küləyi əsəcək.

BUNA DA BAX: Sərtləşdirilmiş karantin rejimi olan bölgələrdə bu fəlaiyyətlərə icazə verilir - SİYAHI

Havanın temperaturu Abşeron yarımadasında gecə 6-9, gündüz 10-12, Bakıda gecə 6-8, gündüz 10-12 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu, nisbi rütubət  65-75 faiz təşkil edəcək.  

Noyabrın 21-də Abşeron yarımadasında tutqun və rütubətli hava şəraitinin üstünlüyü gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. 

Sabah Azərbaycanın rayonlarında arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Arabir duman olacaq, mülayim qərb küləyi əsəcək.  Havanın temperaturu  gecə 2-7, gündüz 8-12 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə, gündüz 1-3 dərəcə  şaxta olacaq.   

 

Top