Güclü külək əsəcək - XƏBƏRDARLIQ

20 Noyabr 2020

Noyabrın 23-ü gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, şimal-qərb küləyinin 15-20 m/s, bəzi yerlərdə arabir 23-25 m/s-dək güclənəcəyi, yarımadanın bəzi yerlərində arabir yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Hefteik.az-a  verilən məlumata görə, ölkə ərazisində qeyri-sabit hava şəraitinin noyabrın 23-ü axşamadək davam edəcəyi, fasilələrlə yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, bəzi şərq rayonlarında intensiv olacağı gözlənilir.

BUNA DA BAX: Lisenziyası olanlar həftəsonu taksi fəaliyyəti ilə məşğul ola biləcək - DİN Nəqliyyat Nazirliyini təkzib etdi - YENİLƏNİB

 
 

Qərb küləyi noyabrın 23-də arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.

Top