Azərbaycan dilinin yeni orfoqrafiya lüğətinə 6 mindən çox söz əlavə olunub

20 Noyabr 2020

Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti növbəti həftə çapa göndərilir.

Heftelik.az-ın məlumatına görə, bunu APA-ya AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu bildirib.

BUNA DA BAX: Azərbaycanda yeni məcəllə hazırlanıb

Möhsün Nağısoylu deyib ki, lüğətdən 18 min söz çıxarılıb, 6 mindən çox yeni söz əlavə olunub: “Lüğətdə 90 minə yaxın söz var. Lüğət 1000 tirajla çap olunacaq. Lüğətə hərblə bağlı yeni sözlər əlavə olunub. Məsələn, dağatıcı, kvadrokopter, diversiya-kəşfiyyat ən yeni sözlərdir”.

Direktor həmçinin lüğətdən çıxarılan sözlərdən də danışıb: “Lüğətdən çıxarılan sözlər daha çox ərəb-fars mənşəli, yəni ədəbi dildə işlənməyən, ikivariantlı sözlərdir. Məsələn, tələm-tələsik və təlmə-tələsik, altın və altun, yorğun və yornuq. Yəni  lüğətdə eyni sözdən iki variantı var idi. Onlardan bir variantını saxlamışıq. Ədəbi dildə işlənməyənlər çıxarılıb”.

Top