Məhbuslara elektron nəzarət vasitələri alınır - MƏBLƏĞ

04 Yanvar 2021

Azərbaycanda inzibati tənbeh və ictimai işlərə cəlb edilmiş məhbuslara elektron nəzarət vasitələri alınacaq.

Heftelik.az-ın məlumatına görə, bu, Prezident Əliyevin imzaladığı “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” fərmanda əksini tapıb.

BUNA DA BAX: Azərbaycanda kişilərin hüquqları ilə əlaqədar qanunvericiliyə dəyişiklik təklif olunur

Bu məqsədlə bu il dövlət büdcəsində Probasiya Xidmətinə elektron nəzarət vasitələrinin alınması üçün Ədliyyə Nazirliyinə 6 milyon 900 min manat ayrılıb.

Top