Qar bu səbəbdən yağmır - AÇIQLAMA

08 Yanvar 2021

“Son onilliklərdə iqlimdə istiləşmə gedir”.

Heftelik.az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Facebook" səhifəsində yayımlanan “Ekspert saatı”nda Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

BUNA DA BAX: Azərbaycanda koronavirusa yoluxma azalır - 24 nəfər vəfat edib

U. Tağıyeva deyib ki, istiləşmə ölkə ərazisində qeyri-bərabər şəkildə paylanır: “Bəzi bölgələrdə istiləşmə ilə bağlı göstəricilər daha yüksək - məsələn, 1. 4 dərəcə, bəzi bölgələrdə 0.8 dərəcədir, amma istiləşmə prosesi müşahidə olunur. Görürük ki, iqlimin istiləşməsi nəticəsində qış aylarında şaxtalı günlərin sayı əhəmiyyətli dərəcədə azalıb. Azalma varsa, yağıntılar artıq qar şəklində deyil, yağış şəklində düşür. Yağıntıların da miqdarında azalma qeydə alınır. Bu problem nəinki Azərbaycanda, bir çox ölkələrdə baş verir. Bu da iqlim dəyişmələrinin təzahürləridir”.

Milli Hidrometeorologiya Xidmətinin rəisi qeyd edib ki, qar prosesləri adətən yanvar-fevral aylarına təsadüf edir: "Son onilliklərdə belə günlərin sayında da azalma var. Yaxın həftələrdə qar gözlənilmir".

 

 
Top