Azərbaycanda distant təhsilə keçən siniflərin sayı açıqlandı

14 Oktyabr 2021

Sentyabrın 22-dən 1-4-cü, sentyabrın 29-dan isə 5-11-ci siniflər üzrə, eləcə də bütün təhsil müəssisələrində əyani tədrisə başlanılıb. 

Heftelik.az-ın məlumatına görə, bu barədə APA-nın sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib.

BUNA DA BAX: Əcnəbilərin Azərbaycan ali məktəblərinə qəbul qaydası dəyişir

Ölkə üzrə bu günədək 241 sinif distant təhsilə keçirilib, onlardan 35-i artıq əyani təhsilə qayıdıb, 206 sinifdə isə distant təhsil davam etdirilir.

Tədris ili başlayandan Bakı şəhəri üzrə distant təhsilə keçirilmiş 140 sinfin 26-da əyani tədris forması bərpa olunub. Bakıda 114 sinifdə distant şəkildə təhsil davam etdirilir.

Top