Gələn il keçiriləcək buraxılış və qəbul imtahanlarına hazırlıq başladı

04 Oktyabr 2019

 

Dövlət İmtahan Mərkəzi (DİM) il 30 sentyabr - 4 oktyabr tarixlərində ingilis dili, Azərbaycan dili, ədəbiyyat, alman dili, fransız dili, kimya, fizika, rus dili (tədris dili və xarici dil kimi), ədəbiyyat (rus bölməsi), ərəb dili, fars dili, biologiya, tarix, coğrafiya və riyaziyyat fənlərindən imtahanların məzmunu ilə bağlı materialların hazırlanması üçün işçi qruplar yaradıb.

DİM-dən Heftelik.az-a verilən məlumata görə, işçi qruplar tərəfindən buraxılış və qəbul imtahanlarında mənimsənilmə səviyyəsinin yoxlanılması və qiymətləndirilməsi mümkün olan alt standartlara yenidən baxılması və proqramların təkmilləşdirilməsi, yeni tapşırıq nümunələrinin tərtib edilməsi üçün bölgü aparılıb.

BUNA DA BAX: DİM-in nəzarətçisi olmaq istəyənlər imtahan üçün 10 manat ödəyəcəklər – Sertifikat almağın şərtləri açıqlandı

Növbəti həftə işçi qruplar müzakirələri davam etdirəcək.

Şərh vermək üçün giriş edin
Top