Magistraturaya ərizə qəbulu başa çatdı

14 Fevral 2020

Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına ərizə qəbulu başa çatıb.

Dövlət İmtahan Mərkəzindən Heftelik.az-a verilən məlumata görə, 15703 bakalavr elektron ərizəsini təsdiq edib.

BUNA DA BAX: Ali məktəblərə qəbul imtahanının ikinci mərhələsi üzrə sınaq imtahanı keçiriləcək

Onlardan 14404-ü Azərbaycan, 1299-u rus bölməsi üzrədir.

Qeyd edək ki, magistraturaya qəbul imtahanı fevralın 23-də keçiriləcək.

Şərh vermək üçün giriş edin
Top