Martın 1-də 9-cu siniflər üzrə buraxılış imtahanının vaxtı açıqlandı

24 Fevral 2020

Martın 1-də 9-cu siniflər üzrə buraxılış imtahanının I mərhələsi keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən Heftelik.az-a verilən məlumata görə, martın 1-də Bakı, Şirvan, Naxçıvan Muxtar Respublikasının ümumtəhsil müəssisələrinin məzunları üçün ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının birinci mərhələsi keçiriləcək.

BUNA DA BAX: Ali məktəblərə və kolleclərə ərizə qəbulunun vaxtı açıqlandı

Buraxılış imtahanında iştirak edəcək şagirdlər verilmiş keçiddən (https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=46) istifadə etməklə özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər.

Şərh vermək üçün giriş edin
Top