Buraxılış imtahanının birinci mərhələsindən narazı qalanlar bu tarixdə imtahan verəcək - RƏSMİ

19 May 2020

9-cu siniflər üçün buraxılış imtahanının birinci mərhələsində iştirak edib qiymətindən narazı qalanlar üçün sentyabr ayında imtahan keçiriləcək.

Heftelik.az-ın xəbərinə görə, bu barədə APA-ya Dövlət İmtahan Mərkəzindən açıqlama verilib.

BUNA DA BAX: Ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasının aparılması qaydası dəyişdi

Qeyd edilib ki, yeni şkalaya uyğun şagirdlərin qiymətləri Dövlət İmtahan Mərkəzinin saytına yerləşdiriləcək. Qiymətindən narazı qalan şagirdlər üçün sentyabrda imtahanının keçirilməsi nəzərdə tutulub.

Şərh vermək üçün giriş edin
Top