Müəllimlərin sertifikatlaşdırılmasına başlanılacağı tarix açıqlandı

05 İyun 2020

Təhsilverənlərin sertifikatlaşdırılması bu ilin payız aylarından başlayacaq.

Heftelik.az-ın məlumatına görə, bu barədə APA-ya Təhsil Nazirliyindən bildirilib.

BUNA DA BAX: Müəllimlərin yerdəyişməsinə elektron sənəd qəbulu başa çatır

Sertifikatlaşdırma növbəti ildə də davam edəcək.

 

Qeyd edək ki, Təhsil naziri Ceyhun Bayramov Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının yaradılması haqqında əmr imzalayıb. Şura dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin sertifikatlaşdırılmasının təşkili məqsədilə yaradılıb.

Şuranın sədri Təhsil nazirinin müavini Məhəbbət Vəliyevadır.

Təhsilverənlərin Sertifikatlaşdırılması Şurası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli, 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”na uyğun olaraq aidiyyəti tədbirlərin icrasını və bu əmrdən irəli gələn məsələlərin həllini təmin edəcək.

Şərh vermək üçün giriş edin
Top