Bakıda 20-dən çox məktəbin direktoru dəyişib

12 İyun 2020

2019-2020-ci tədris ili ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrinə 18 nəfər direktor vəzifəsinə işə qəbul edilib.

Heftelik.az-ın   Bakı Şəhəri üzrə Təhsil İdarəsinə istinadın verdiyi məlumata görə, 12 direktorun iş yeri dəyişdirilib, 111 məktəb direktorunun müddətli əmək müqaviləsinin müddəti uzadılıb.

BUNA DA BAX: Bu il I sinfə qəbul prosesində yenilik olub

 
Çalışmanın yaş həddinə çatmış 42 direktorla müqavilənin müddəti cari tədris ili çərçivəsində uzadılıb. 4 direktorla bağlanmış əmək müqaviləsi ləğv edilib. 2 xüsusi təhsil məktəbinin fəaliyyəti dayandırılıb.
Şərh vermək üçün giriş edin
Top