Magistr təhsilində yenilik

02 İyul 2020

Hər hansı şəxs dövlət hesabına birinci magistratura təhsili alıbsa, istədiyi təqdirdə ikili diplom proqramında magistr təhsili almaq üçün də müraciət edə bilər.

Heftelik.az-ın məlumatına görə, bunu “2019-2023-cü illərdə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsili və ikili diplom proqramlarının təşkili, eyni zamanda UFAZ-da magistratura proqramının həyata keçirilməsi ilə bağlı keçirilən onlayn mətbuat konfransında Təhsil Nazirliyinin “2019-2023-cü illərdə Dövlət Proqramı”nın İdarəetmə Qrupunun rəhbəri səlahiyyətlərini müvəqqəti icra edən, Xaricdə təhsil və əcnəbi tələbələrlə iş sektorunun müdiri Müjdat Həsənov bildirib. 

BUNA DA BAX: Növbəti buraxılış imtahanları keçirildi

Onun sözlərinə görə, ancaq ikinci magistr təhsili ödənişli olacaq.

 

Top