II və III qruplar üzrə buraxılış vərəqələri DİM-in saytında yerləşdirilib

07 Avqust 2020

Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu şəhər və rayonlara giriş-çıxışa məhdudiyyət qoyulduğu üçün imtahan iştirakçıları haqqında məlumat bazası aidiyyəti qurumlara təqdim ediləcək, imtahan iştirakçılarının və ehtiyac olarsa, iştirakçını müşayiət edən bir nəfərin imtahan binasına gedib və imtahandan sonra qayıtmasına icazə veriləcək.

Heftelik.az-ın məlumatına görə, bu barədə 13 və 14 avqustda keçiriləcək qəbul imtahanlarının ikinci mərhələsinin qrafikində bildirilib.

BUNA DA BAX: Azərbaycanda avqustun 13-14-də qəbul imtahanı keçiriləcək - QRAFİK

Qeyd edilib ki, imtahan iştirakçısına “İmtahana buraxılış vərəqəsi” ilə bir yerdə onu müşayiət edəcək 1 nəfər üçün arayış da çap etmək imkanı yaradılıb. Arayış imtahan iştirakçısı tərəfindən doldurulmalı və imza ilə təsdiqlənməlidir. Arayış yoxlama zamanı şəxsiyyət vəsiqəsi ilə birlikdə təqdim edilir və imtahan iştirakçısının özü iştirak etdikdə (imtahan binasının yaxınlığında gözləmək istisna olmaqla) və onun müvafiq sənədləri (şəxsiyyət vəsiqəsi, imtahana buraxılış vərəqəsi) təqdim edildikdə etibarlıdır: "Yoxlama zamanı zərurət yarandıqda QR kodundan istifadə olunur. İmtahana buraxılış vərəqələri imtahandan 5 gün əvvəl DİM-in saytında yerləşdiriləcək. II və III ixtisas qrupu üzrə imtahan verənlərin buraxılış vərəqələri artıq sayta yerləşdirilib”.

Top