Azərbaycanda bir gündə 10-dan çox şagird koronavirusa yoluxdu

24 Sentyabr 2020

Təhsil Nazirliyi ümumtəhsil müəssisələrində COVİD-19-la bağlı bu günə olan vəziyyəti açıqlayıb.

Nazirlikdən Heftelik.az-a verilən məlumata görə, bu gün hərarəti 37 dərəcədən yuxarı olan şagirdlərin sayı 94, işçi heyətinin sayı 2 olub. 

BUNA DA BAX: Koronavirusun Parkinson xəstəliyi ilə bağlılığı aşkarlandı

Bu gün virusa yoluxmuş şagirdlərin sayı 19, işçi heyətinin sayı 3 nəfər təşkil edib. 

Distant təhsilə keçirilmiş siniflərin sayı 3 olub. 

Bu günə  qədər distant təhsilə keçən siniflərin sayı 9, məktəb sayı isə 1-dir.

Top