Azərbaycanda daha 55 şagird koronavirusa yoluxdu

16 Oktyabr 2020

Təhsil Nazirliyi ümumtəhsil müəssisələrində COVID-19-la bağlı son sutkaya olan vəziyyəti açıqlayıb.

Nazirlikdən Heftelik.az-a verilən məlumata görə, bu gün hərarəti 37 dərəcədən yuxarı olan şagirdlərin sayı 15, işçi heyətinin sayı 2 olub. 

BUNA DA BAX: Azərbaycanda son sutkada 509 nəfər koronavirusa yoluxdu - Ölənlər var

Bu gün virusa yoluxmuş şagirdlərin sayı 55, işçi heyətinin sayı 21 nəfər təşkil edib. 

Son sutka ərzində kronavirusa yoluxmaya görə 6 sinif  və 10 məktəb distant təhsilə keçib. Bu günə qədər ümumilikdə 65 sinif və 47 məktəb distant təhsilə keçib.

 

Top