"Son bir ayda erməni təcavüzü nəticəsində 9 şagirdimiz dünyasını dəyişib" - Nazir

30 Oktyabr 2020

“Son iki həftədə bütün təhsil müəssisələrində tətil elan edilib və bu, ən optimal qərar idi”.

Heftelik.az-ın məlumatına görə, bunu Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər üzrə keçirilən brifinqdə Təhsil naziri Emin Əmrullayev bildirib.

BUNA DA BAX: Kolleclərin boş qalan yerlərinə qəbul olunanların qeydiyyatında yenilik

Nazir deyib ki, sentyabrın 27-dən erməni təcavüzünə qarşı müharibə başlayandan ölkənin 20-yə yaxın bölgəsində tədris dayandırılmışdı: “Son iki həftədə bu aqressiyanın həm məktəblərə, həm mülki əhaliyə qarşı tətbiq edildiyini gördük. Hazırda Azərbaycan terrorçu dövlətlə mübarizə aparır. Son bir ayda bu təcavüz nəticəsində 9 şagirdimiz dünyasını dəyişib. Eyni zamanda 50-yə yaxın məktəb yararsız vəziyyətə düşüb”.

Top