Təhsil Nazirliyi qəbul imtahanında gözlənilən güzəşt məsələsinə münasibət bildirib.
Heftelik.az-ın məlumatına görə, Nazirliyin təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqubova jurnalistlərə açıqlamasında bildirib ki, mövzuların ixtisarı aparılıb.
Vəfa Yaqubova deyib ki, xüsusilə çətin mövzular ixtisara salınıb: "Bu siyahı artıq Dövlət İmtahan Mərkəzinə (DİM) göndərilib. DİM bunu nəzərə alaraq həmin mövzular üzrə suallar salmayacaq".