Təhsil naziri Emin Əmrullayev ölkədə repetitor xidmətinin bərpa olunması məsələsinə aydınlıq gətirib.
Heftelik.az-ın məlumatına görə, nazir xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair brifinqdə bildirib ki, repetitor müəssisələri daha çox təhsil xidməti göstərən sahibkarlıq xidmətidir.
E.Əmrullayev deyib ki, fevralın 1-dən qrupda 10 nəfərdən artıq olmamaqla repetitor xidmətlərinin fəaliyyəti bərpa olunacaq.