Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə vəzifəsindən ayrılıb.
Heftelik.az-ın məlumatına görə, bu barədə M. Camalzadə özü bildirib.
BUNA DA BAX: Prezidentin təyin etdiyi yeni rəis - DOSYE
O qeyd edib ki, bu gündən Nazirlikdə fəaliyyətini yekunlaşdırır.
Uzun müddətdir, fəaliyyət sahəsini dəyişmək barədə düşündüyünü bildirən M. Camalzadə pandemiya dövründə ətraflı götür-qoy etdikdən sonra artıq Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini və İnsan resursları mərkəzinin müdiri vəzifələrində missiyasını başa vurduğu qənaətinə gəldiyini vurğulayıb.