Təhsil Nazirliyindən 8 Marta görə pul yığılması məsələsinə - MÜNASİBƏT

02 Mart 2021

"Təhsil Nazirliyi  qarşıdan gələn 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə bütün xanımları təbrik edir. Bu gün pedaqoji  heyətimizin böyük əksəriyyətini təşkil edən xanım müəllimlərimizin həm də fədakar ana  kimi Vətən müharibəsində iştirak etmiş qəhrəman övladlarımızın yetişməsində rolu danılmazdır". 

Heftelik.az-ın məlumatına görə, bu barədə Təhsil Nazirliyinin yaydığı məlumatda bildirilir.

BUNA DA BAX: Birinci siniflərə sənəd qəbulu ilə bağlı hazırlıq başladı

Qeyd edilib ki, 8 mart  – Beynəlxalq Qadınlar Günü  münasibətilə xoşagəlməz hallara qarşı müəllimlər, valideynlər və ümumilikdə cəmiyyət birgə mübarizə aparmalı, dəyərləri qorumalı və gələcək nəsillərə çatdırmalıdır: "Bu və ya digər hallarla bağlı Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (146-1) və yaxud Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanına anonim olmadan müraciət edə bilərsiniz". 

Top