Məktəblər bağlanır? - Təhsil Nazirliyi aydınlıq gətirdi

02 Mart 2021

Təhsil Nazirliyi martın 3-dən 9-dək Azərbaycanda bağçalar, məktəblər və universitetlərin virusla əlaqədar fəaliyyətini dayandırması ilə bağlı məsələyə münasibət bildirib.

Heftelik.az-ın məlumatına görə, nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, yayılan məlumat yanlışdır, belə bir qərar yoxdur.

BUNA DA BAX: Təhsil Nazirliyindən 8 Marta görə pul yığılması məsələsinə - MÜNASİBƏT

C. Valehov deyib ki, xahiş olunur ki, ötənilki məlumatı bu ilə uyğunlaşdırmasınlar: "Tədris pandemiya səbəbindən ilk dəfə olaraq 3-9 mart 2020-ci ildə dayandırılmışdı. Bu il isə 2021-ci ildir, dərslərimiz də öz qaydasında davam edir".

Qeyd edək ki, təhsil eksperti Kamran Əsədov Facebook səhifəsində martın 3-dən 9-dək Azərbaycanda bağçalar, məktəblər və universitetlərdə virusla əlaqədar fəaliyyətini dayandıracağını yazıb.

Top