“Məktəblərin bağlanması bizim qərarımız deyil, bu, yoluxmadan asılı məsələdir”.
Heftelik.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva bildirib.
BUNA DA BAX: Azərbaycanda təhsil işçilərinin vaksinasiyasına başlanıldı
O qeyd edib ki, təhsil müəssisələrində karantin rejiminin müvəqqəti qaydalarına uyğun addımlar atılır, mütəmadi monitorinqlər keçirilir: “Qaydalar tam olaraq yerinə yetirilir. Vaksinasiya da buna görə tətbiq olunur ki, əyani tədrisə tam keçmək mümkün olsun. Karantin rejiminin qaydalarına əməl etmək, vaksinasiyadan keçmək lazımdır”.