
Heftelik.az-ın məlumatına görə, Yevlax şəhər 1 saylı tam orta məktəbində keçirilən tədbirdə Yevlax şəhidləri Şahgəldiyev Muxtar Knyaz oğlu və İbrahimov Kənan Eldar oğlu barədə şagirdlərin məlumatlılıq səviyyəsinin öyrənilməsi məqsədilə sual-cavab formatında müzakirələrin aparılıb.
“Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin sədri Ramiz Cürənov deyib ki, dövlət şəhid ailələrinin sosial təminatı məsələlərini diqqət mərkəzində saxlayır. “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin sədri cəmiyyətin, gənc nəslin də şəhid ailələrinə hər zaman diqqətli yanaşmasının vacib olduğunu vurğulayıb. R. Cürənov “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin şəhidlərin tanıdılması, şəhid ailələrinə cəmiyyətin diqqət və qayğı ilə yanaşması ilə əlaqədar gələcəkdə də bu istiqamətdə Yevlax rayonu və Azərbaycanın digər bölgələrində layihələrin həyata keçirilməsinin planlaşdırıldığını nəzərə çatdrıb.
Tədbir müzakirələrlə davam edib.