Zorakılıq hər bir insana psixoloji, sosial, iqtisadi təzyiq olmaqla həmin insanın bu kimi təzyiqlər nəticəsində fiziki və psixoloji travmalar yaşamasıdır. Bir çox hallarda isə zorakılıq halları ilə üzləşməsi ailənin öz hüquq və azadlıqlarını bilməməsi və müdafiə etməməsi ilə əsaslandırılır. Aparılan statistik hesablamalara görə, dünyada zorakılıq hallarına ən çox uşaqlar və qadınlar məruz qalırlar. Statistik məlumatlara görə, dünyada hər 3 qadından biri zorakılığa məruz qalmışdır.
Dünyada hər 3 dəqiqədə bir bir qadın öldürülür. Ümumdünya Səhiyyə Təşkilatının apardığı hesablamalar nəticəsində ayrı-ayrı dünya ölkələrində uşaqlara və qadınlara göstərilən zorakılıq hallarının 15 faizdən 72 faizə qədər artması müəyyən olunub. Bəzi ölkələrdə isə əhalinin qadınlardan olan hissəsində zorakılığa məruz qalan qadınların əhalinin ümumi sayı 60 faizini təşkil edir.
Qeyd edək ki, baş verən zorakılıq halları müxtəlif motivli və müxtəlif müstəvilərdə (erkən nikahlar, sosial problemlər, psixoloji məsələlər, işsizlik, cinsi zorakılıq və s.) qeydə alınsa da, ən çox problemlər sosial məsələlər müstəvisində baş verdiyi istisna edilmir.
Sosial problemlər bir sıra hallarda nəinki ailələrin dağılmasına səbəb olur. Bəzən sosial problemlər müstəvisində baş verən ailədaxili münaqişələr fiziki və məişət zorakılığı hallarının artmasına səbəb olur. Sosial problemlərin kökündə isə bir çox hallarda ailənin maddi vəziyyətinin aşağı olması, işsizlik, sosial problemlərin üst-üstə yığılması dayanır.
Qeyd edək ki, son illərdə bu siyahıya məktəbə gedən uşaqların xərcləri, xəstəliklərlə bağlı ailəyə əlavə maddi yükün düşməsi və s. kimi məsələlər də daxil olub. Lakin bu o demək deyil ki, məişət zorakılığı halları yalnız maddi problemlərin çox olan insanların ailələrində baş verir. Bəzən maddi durum normal ailələrdə bu sosial problemlər ortaya çıxır. Məsələn, normal maddi gəliri olan ailələrdə bu və ya digər səbəblərdə yaranmış ailədaxili münaqişələr fonunda ailədə böyüyən uşaqların nəzarətsiz qalması, sonradan onların bir sıra xoşagəlməz vərdişlərə əl atmasına səbəb olur ki, həmin vərdişlərin nəticəsi olaraq nəinki o uşağın öz həyatı alt-üst olur. Ailənin maddi olaraq sosial vəziyyəti də pisləşir və nəticədə yaxşı həyat yaşamış insanlarda maddi keçimsizlik üzündən psixoloji və mənəvi travmalar yaranır. Bu da həmin insanlarda aqressiyanın artması və bu aqressiya nəticəsində ətrafdakı insanlara qarşı fiziki zorakılıq və ya cinayət hadisələrinin baş verməsinə gətirib çıxarır.
Sosial problemlərin yaranmasına təsir edən amillərdən ən əsası və demək olar ki, birincisi işsizlik problemidir. İşsizliyin ailədə maddi sıxıntılara salmaqla yanaşı, ailədə valideynlərin bəzən bilərəkdən pis vərdişlərə əl atmasına gətirib çıxarır.
Belə hallar isə qadınların insan alverinin qurbanına çevrilməsi, kişilərin isə qumar və digər bu kimi qanunla qadağan olunmuş oyunlar və vərdişlərə qoşulmasına gətirib çıxarır. Eləcə də daşınması və istifadəsi qanunla qadağan olunmuş narkotik və bu cür malların daşınması və satışına qoşulması qoşulmaq kimi hallar da sosial problemlərin yaratdığı bəlalardandır.
Qeyd edək ki, Azərbaycanda son illər əhali arasında “patı” adlandırılan narkotik maddələrin daşınması ilə satışı məşğul olan onlarla şəxs tutularaq həbs olunub. Həmin insanların bu çoxu bu cür qanunsuz işlərə qoşulmalarının səbəbini ailələrin maddi çətinliyi və işsizliklə bağlayırlar. Baxmayaraq ki, bu hər hansı cinayətin törədilməsi üçün əsas amil hesab oluna bilməz, istənilən halda işsizlərin problemi ailələrdə problemlərin yaratması və bunun məişət zorakılıq hallarına gətirib çıxarması istisna deyil.
Sosial problemlərin başqa bir səbəbi isə ailə üzvləri arasında yaranmış maddi asılılıqla bağlı məsələlərdir. Bəzən ailələrdə tərəflər arasında maddi yükün düzgün bölüşdürülməsi və ya bu tərəfin başqa tərəfə təzyiq göstərməsi də ailədaxili münaqişələr yaradır. Bu cür münaqişələr həm ailədə böyüyən uşaqların gələcəyi ilə bağlı psixoloji gərginliyə səbəb olur. Həm də ailə üzvləri arasında ciddi ailə münaqişələrin yaranması və bunun sonda zorakılıq hallarına gətirib çıxarmasına səbəb olur.
“Məişət zorakılığın qarşısının alınması haqqında” Qanuna əsasən məişət zorakılğı yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşayanlarda sui-istifadə etməklə bu şəxsin digər şəxsə qəzdən fiziki və mənəvi zərər yetirməsidir.
Məişət zorakılığı inzibati cinayət tərkibli halın olduğu üçün onun mahiyyəti və növləri isə müəyyənləşdirilir.
Qeyd edək ki, Azərbaycanda “Məişət zorakılığın qarşısının alınması haqqında” Qanun 2010-cu ildə qəbul edilmişdir. Qanunda məişət zorakılığı ilə bağlı şikayətlərə baxılması və araşdırılması ilə bağlı məsələlər tam şəkildə öz əksini tapmışdır.
Qeyd edək ki, ailədaxili problemlərin aradan qaldırılması istiqamətində görülən işlərdən biri də “Meditasiya haqqında” Qanun qəbul edilmişdir.
Azərbaycan məhkəmə-hüquq sistemində olan Meditasiya haqqında qanun bu növ növ ailədaxili mübahisələrin alternativ həlli yolları kimi başa düşülə bilər. “Meditasiya haqqında” Qanuna əsasən ailədaxili münaqişələr nəticəsi olaraq tərəflər arasında boşanma ilə bağlı qərar verilərsə mütləq məhkəmədən əvvəl tərəfindən meditasiya prosesindən keçməlidirlər. Bir çox hallarda keçirilən meditasiya prosesləri uğurlu olsa da, tərəflərin bir araya gəlməsinin qeyri-mümkün edən hallar da olmamış deyil. Bununla belə ekspertlər ailədaxilində yaranmış sosial-iqtisadi problemləri meditasiya prosesindən sonra həlli ilə bağlı tərəflər arasında anlaşmanın əldə edilməsinin mümkünlüyünü də istisna etmirlər.
Odur ki, cəmiyyət də, xüsusilə də əhali arasında sosial problemlərin həllində ailənin vahid şəkildə birlikdə həllinin mümkünlüyünə dair maarifləndirici tədbirlərin gücləndirilməsi vacibdir.
Fuad Hüseynzadə
Qeyd: Yazı “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Məişət zorakılığına qarşı ictimai maarifləndirməyə dəstək” layihəsi çərçivəsində hazırlanıb.