Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti oyununu keçirib.

Heftelik.az-ın Apasport.az-a istinadən verdiyi məlumata görə, Qurban Qurbanovun yetirmələri milli komandaların görüşləri ilə bağlı fasilə dövründə yoldaşlıq matçında qüvvəsini sınayıb.

Ağdam klubu Türkiyə təmsilçisi “Qalatasaray”la görüşüb. Bakı Olimpiya Stadionundakı qarşılaşma qardaş ölkədəki zəlzələdən zərər çəkənlərə yardın xarakteri daşıyırdı.

Oyunun ilk hissəsi qarşılıqlı hücumlar şəraitində keçib.

Matçın 4-cü dəqiqəsində İstanbul təmsilçisinin heyətində Bafetimbi Qomis fərqlənib – 1:0.

“Köhlən atlar”ın heyətində Redon Cica 18-ci dəqiqədə tarazlığı bərpa edib.

İlk hissə 1:1-lik hesabla başa çatıb.

Oyunun 87-ci dəqiqədə İstanbul təmsilçisi 2:1 önə keçib.

“Qalatasaray”ın hücumçususu Mauro İkardi penaltini dəqiq yerinə yetirib.

Qonaqlar 2:1 hesabə ilə qalib gəlib.

Xeyriyyə oyununda hər iki komandanın millilərdəki üzvləri iştirak edə bilməyib. Bu üzdən “Qarabağ”ın heyətində digər klubların üzvləri də meydana çıxıb.

Yoldaşlıq oyunu
26 mart
20:00. “Qarabağ” (Azərbaycan) – “Qalatasaray” (Türkiyə) 1:2
Baş hakim: 
Əliyar Ağayev

“Qarabağ”: 89. Amin Ramazanov, 5 Maksim Medvedev, 4. Rahil Məmmədov, 81. Kevin Medina, 96. Donald Qerye, 6. Juliu Romau, 2. Qara Qarayev, 15. Leandru Andrade, 87. Adama Diakabi, 10. Abdullah Zübeyr, 99. Redon Cica

Baş məşqçi: Qurban Qurbanov

“Qalatasaray”: 34. Okan Koçuk, 2. Leo Dübua, 4. Matias Yensen, 13. Əmrə Taşdəmir, 23. Kaan Ayhan, 11. Yunus Akgün, 17. Nikolo Zanyolo, 18. Bafetimbi Qomis, 22. Berkan Kutlu, 27 Serjiu Oliveyra, 30. Yusuf Dəmir

Baş məşqçi: Okan Buruk

Bakı Olimpiya Stadionu