Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 22 yeni yoluxma faktı qeydə alınıb, 5 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Heftelik.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 5 nəfəri vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 829 420 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 819 109 nəfər müalicə olunaraq sağalıb, 10 171 nəfər vəfat edib, aktiv xəstə sayı 140 nəfərdir.
Ölkədə son sutka ərzində 682, hazırkı dövrədək isə 7 553 691 test aparılıb.