Beynəlxalq Valyuta Fondu bu il Azərbaycanda iqtisadi artım proqnozunu yeniləyib.
Heftelik.az-ın məlumatına görə, Fond bu il Azərbaycanda real ümumdaxili məhsulun artımını 2,5% proqnozlaşdırıb.
Beynəlxalq Valyuta Fondu həmçinin, bu il üzrə Azərbaycanda inflyasiyanın 10,8% civarında gözlənildiyini açıqlayıb.
Qeyd edək ki, bundan əvvəl BVF Azərbaycanın yerləşdiyi Orta Şərq və Mərkəzi Asiya regionunun iqtisadi artım proqnozunu 5,3%-dən 3,2%-ə kimi endirdiyini bildirmişdi.