Hüquqi şəxslərə tətbiq edilən cinayət-hüquqi tədbirlərin növləri məlum olub.
Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, Cinayət Məcəlləsinə əsasən, hüquqi şəxslərə tətbiq edilən cinayət-hüquqi tədbirlər aşağıdakılardır:
– cərimə;
– xüsusi müsadirə;
– hüquqi şəxsi müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə;
– hüquqi şəxsi ləğv etmə.
Xüsusi müsadirə Cinayət Məcəllədı müəyyən edilmiş qaydada tətbiq edilir.
Hüquqi şəxsi ləğv etmə cinayət-hüquqi tədbiri yalnız əsas, cərimə həm əsas, həm də əlavə, hüquqi şəxsi müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və xüsusi müsadirə yalnız əlavə cinayət-hüquqi tədbir növü kimi tətbiq olunur.