İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı hansı məsələlər barəsində qərardad qəbul edildiyi müəyyənləşib.
Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı aşağıdakı məsələlər barəsində qərardad qəbul edilir:
– işin baxılması tarixinin və yerinin təyin edilməsi;
– işin baxılmasında iştirak etmək üçün İnzibati Xətalar Məcəlləsində göstərilən şəxslərin çağırılması;
– iş barəsində zəruri olan əlavə materialların tələb edilməsi;
– ekspertizanın təyin edilməsi;
– işə baxılmanın təxirə salınması;
– protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması;
– əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi.