Əməyin mühafizəsi şəraiti haqqında işçilərin məlumat almaq hüququ var.
Hüquqşünas Yaşar Ağazadə Heftelik.az-a bildirib ki, Əmək Məcəlləsinə əsasən, işçilər iş yerlərində əməyin mühafizəsi şəraiti, həmin şəraitə uyğun olaraq onlara müəyyən edilmiş normalarla verilməli olan fərdi mühafizə vasitələri, güzəştlər və təminatlar haqqında məlumat tələb etmək hüququna malikdirlər.
İşəgötürən bu tələbləri yerinə yetirməyə borcludur.