Moskva İrəvanın Rusiya Federasiyasının rəhbərliyinə qarşı hüquqi əhəmiyyətsiz “orderləri” fonunda Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma statutuna qoşulmaq planlarını tamamilə qəbuledilməz hesab edir.

Heftelik.az-ın məlumatına görə, bu barədə  TASS-a Rusiya Xarici İşlər Nazirliyindəki mənbə bildirib.

“Moskva rəsmi İrəvanın Rusiya rəhbərliyinə qarşı son qanunsuz və hüquqi cəhətdən etibarsız “orderlər” fonunda Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna qoşulmaq planlarını tamamilə qəbuledilməz hesab edir”, – deyə mənbə vurğulayıb.

Mənbə qeyd edib ki, İrəvana belə bir qərarın Moskva ilə münasibətlər üçün son dərəcə mənfi nəticələri barədə xəbərdarlıq edilib.