Fransa Milli Assambleyasının (Parlamentin aşağı palatası) saytı xaker hücumuna məruz qalıb.
Heftelik.az-ın “Le Matin” saytına istinadla xəbərinə görə, hücumu rusiyameylli “NoName” haker qrupu həyata keçirib.
Qrup Teleqram hesabında bildirib ki, hücum Fransanın Ukraynadakı “neofaşist rejimə” dəstəyinə görə edilib.
Parlamentin yuxarı palatası – Senatın da saytı hücuma məruz qalsa da, giriş mümkündür.