Yetkinlik yaşına çatmayanlara islah işlərinin hansı qaydada təyin edildiyi məlum olub.
Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, Cinayət Məcəlləsinə əsasən, yetkinlik yaşına çatmayanlara islah işləri iki aydan bir ilədək müddətə təyin edilir.
Bu zaman məhkumun qazancından məhkəmənin hökmü ilə müəyyən edilmiş miqdarda, beş faizdən iyirmi faizə qədər pul dövlət nəfinə tutulur.
Azadlığın məhdudlaşdırılması isə yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir