Əməyin mühafizəsi normaları və qaydaları tətbiq edilən iş yerləri açıqlanıb.
Hüquqşünas Yaşar Ağazadə Heftelik.az-a bildirib ki, Əmək Məcəlləsi ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş əməyin mühafizəsi normaları və qaydaları hökmən:
– işçilərin;
– istehsalat təcrübəsi keçən tələbə və şagirdlərin;
– müəssisələrdə işə cəlb edilən hərbi qulluqçuların;
– məhkəmə hökmlərinin icrası yerlərində işləyən məhkumların;
– təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına, habelə hərbi və fövqəladə vəziyyət rejimində işlərin görülməsinə cəlb edilən şəxslərin çalışdıqları bütün iş yerlərində tətbiq edilməlidir.