Ekspertin qarşısında qoyulan suallar onun xüsusi biliyindən kənara çıxmamalıdır.
Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) ekspertizanın təyin olunması haqqında qərardadı icraya göndərməmişdən əvvəl həmin qərardadla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərər çəkmiş şəxsi tanış etməli, onların hüquqlarını izah etməlidir.
Ekspert ekspertiza təyin edilməsi haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərardadı məhkəmə ekspertizası idarəsinə daxil olduğu vaxtdan 10 gündən gec olmayaraq yazılı formada rəy verir, onu öz imzası ilə təsdiq edir və dərhal məhkəməyə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərir. Ekspertin rəyində ekspertizanın aparıldığı tarix və yer, ekspertizanın aparılmasının əsasları, onun məzmunu, habelə ekspertin qarşısında qoyulmuş suallar üzrə əsaslandırılmış cavablar və yekun nəticələr göstərilir.
Ekspertizanın aparılmasını göstərilən müddətdə təmin etmək mümkün olmadıqda, məhkəmə ekspertizası idarəsinin rəhbəri tərəfindən əsaslandırılmış səbəblər göstərilməklə bu barədə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) məlumat verilir. Bu halda tədqiqatların mürəkkəblik dərəcəsi nəzərə alınmaqla ekspertizanın aparılması müddəti hakimlə, səlahiyyətli orqanla (vəzifəli şəxslə) yazılı formada razılaşdırılır.