Millət Vəkili Fazil Musatafaya sui-qəsd olub.
Heftelik.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyindən bildirilib ki, deputat yaşadığı evin yaxınlığında naməlum şəxs və ya şəxslər tərəfindən güllələnib.
Ayağından və çiynindən güllə yarası alan deputat xəstəxanaya yerləşdirilib.
Baş vermiş hadisə ilə bağlı əməliyyat-istintaq qrupu yaradılıb. Araşdırmalar davam etdirilir.
DİN-dən verilən məlumata görə hadisə Sabunçu rayonunda baş verib. Hazırda əməliyyat axtarış qrupu hadisə yerindədir. Hadisəni törətməkdə şübhəli bilinən şəxs axtarışdadır.