Prokuror inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərar qəbul edir.
Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırmanın aparılması haqqında qərardadda aşağıdakılar göstərilir:
– qərardadın tərtib edildiyi yer və tarix;
– qərardadı tərtib edən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı;
– inzibati xəta haqqında iş üzrə icraatı başlamaq üçün səbəblər və əsaslar;
– inzibati xətaya görə inzibati məsuliyyət nəzərdə tutan İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi.