Şərti məhkum edilmiş şəxs sınaq müddətində ehtiyatsızlıqdan cinayət törətdikdə və ya qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətdikdə, şərti məhkum etmənin ləğv edilməsi və ya saxlanması barədə məsələ məhkəmə tərəfindən həll edilir.
Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, məhkəmə şərti məhkum etmənin ləğv edilməsi qənaətinə gəldikdə, şəxsə Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir.
Şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir.