Yetkinlik yaşına çatmayanlar cinayət məsuliyyətindən və ya cəza çəkməkdən azad edilərkən təyin edilmiş müddətlərin necə azaldıldığı açıqlanıb.
Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, Cinayət Məcəlləsinə əsasən, yetkinlik yaşına çatmayanlar cinayət məsuliyyətindən və ya cəza çəkməkdən azad edilərkən, bu Məcəllənin 75 (Müddətin keçməsi ilə bağlı cinayət məsuliyyətindən azad etmə) və 80-ci (İttiham hökmünün icrası müddəti ilə əlaqədar cəza çəkməkdən azad etmə) maddələrində müəyyən edilmiş müddətlər yarıbayarı azaldılır.