Əşyaların və sənədlərin götürülməsi haqqında protokol tərtib olunur.
Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, əşyaların və sənədlərin götürülməsi haqqında protokolda aşağıdakılar göstərilir:
– protokolun tərtib edildiyi tarix və yer;
– protokolu tərtib edən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı;
– əşyaları və sənədləri götürülən şəxs barəsində məlumat;
– əşyaların və sənədlərin götürülməsi üçün əsaslar;
– götürülən sənədlərin növü və rekvizitləri;
– götürülən əşyaların növü, miqdarı və digər eyniləşdirmə əlamətləri, o cümlədən silahın markası, modeli, seriyası və nömrəsi, döyüş sursatının növü və miqdarı barədə məlumatlar.