İtaliya hökumətinin qərarı ilə ölkəyə süni ətin idxalı və ya ölkədə hazırlanması qadağan edilib.
Heftelik.az-ın məlumatına görə, bu barədə İtaliya Nazirlər Şurası qərar qəbul edib.
Paralel olaraq ölkədə bütün sintetik qidaların satışı qadağan edilib. Nazirlər Şurasının qərarında bildirilir ki, süni qidaların insan orqanizminə zərər verməməsinə dair heç bir elmi sübut yoxdur.
Qanunun qüvvəyə minməsi üçün parlament tərəfindən təsdiq edilməlidir.