Ötən il sertifikasiyada uğursuz nəticə göstərən ibtidai sinif müəllimlərinin 22 faizi (2742 nəfər) bu il yenidən sertifikasiyaya cəlb olunacaq.
Heftelik.az-ın məlumatına görə, bunu Təhsil İnstitutunun direktoru Rüfət Əzizov təkrar sertifikasiyada iştirak edəcək müəllimlər üçün təlimlərin təşkili ilə bağlı keçirilən brifinqdə deyib.
O bildirib ki, ötən il imtahanlarda ibtidai sinif müəllimlərinin 78 faizi sertifikasiya imtahanlarında uğur qazanıb.