İnzibati xəta haqqında iş üzrə qərarın élan edilmə qaydası məlum olub.
Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərar onun baxılmasından dərhal sonra elan olunur.
Qərarın surəti iki gün müddətində barəsində qərar qəbul edilmiş fiziki şəxsə, hüquqi şəxsin nümayəndəsinə və zərər çəkmiş şəxsə verilir.