İsrailin xarici işlər naziri Eli Kohen Azərbaycanın İsraildə səfirliyinin açılması ilə bağlı paylaşım edib.

Heftelik.az xəbər verir ki, paylaşımda deyilir:

“Tarix!

Hazırda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul edirəm.

Ölkələr arasında münasibətlərin 30 ilində ilk dəfə olaraq İsrailə Azərbaycan səfiri gələcək və daimi səfirlik açılacaq.

İsrailə xoş gəlmisiniz”.